Bunu 3 gün yesəniz, orqanizmdən nələr çıxdığına çox təəccüblənəcəksiniz
Sağlamlıq
14 Fevral 2018 12:18

Bunu 3 gün yesəniz, orqanizmdən nələr çıxdığına çox təəccüblənəcəksiniz


Sağlam çəkinin qorunub saxlanması həlledici əhəmiyyətə malikdir, lakin o da həqiqətdir ki, balanslaşdırılmış çəkiyə malik olmaq hər kəsə nəsib olmur. Bir qrup insan ya arıqlamağa, ya da köklməyə və sağlam olmağa çalışır. Təəssüf ki, ciddi pəhrizlərə və ümumi həyat tərzində dəyişikliklərə baxmayaraq ki, çoxumuz istədiyimiz nəticələri dərhal qazana bilmirik. Beləliklə, nə problem ola bilər?

Publika.az bu yazıda oxucuları arıqlamağa kömək, eyni zamanda orqanizmi möhkəmləndirən sadə reseptlə tanış edib.

Səbəbi həzm sistemi ilə bağlı ola bilər. Belə ki, tənbəl bağırsaq, mədə pozğunluğu, qəbizlik və s. bu kimi həzm problemləri çəkinin aşağı düşməməsinin əsas səbəbləri hesab olunur. Çünki bu problemlər orqanizmdən zəhərləri maddələrin xaric olmasına imkan vermir. Normal şəraitdə yediklərimiz yeməkdən bir və ya iki saat sonra, gündə bir və ya iki dəfə xaric olur.

Əgər bağırsağın hərəkəti üçün 24 saatdan çox vaxt lazım olursa, bu, bəzi dərmanların işlədilməsi, lif çatışmazlığı, quruluq, bağırsaq florasında pis bakteriyaların nəticəsində baş verə bilər.

Xroniki qəbizlik orqanizmin bağırsaqları boşaltmaq iqtidarında olmaması ilə səciyyələnir, nəticədə nəcis bərkiyir.

Həzm sisteminin fəaliyyətinin zəifləməsi nəticəsində mədə pozğunluğu və ya dispepsiya kimi hallar meydana gəlir. Bu, müəyyən dərmanların, turşu reflüksü, peptik yaralar və öd kisəsi anomaliyaları və s nəticəsində yaranır.

Odur ki, mədə-bağırsaq sisteminin sağlamlığı çəki atmaq prosesinin uğurlu olması üçün həlledici əhəmiyyətə malikdir. Bu məqsədlə biz oxucuları detoksikasiya salatının resepti ilə tanış etmişik. Bu salat bağırsaq piyini aradan qaldıracaq, orqanizmdən zəhərli elementləri çıxaracaq, bədəni liflə təmin edəcək və ph səviyyəsini tarazlaşdıracaq.

Ərzaqlar:

1. Kələm

2. Çuğundur

3. Kök

4. Limon şirəsi

5. Zeytun yağı

6. Ədviyyatlar (zövqə görə )

Hazırlanması:

Kələm, çuğundur və kökü sürtgəcdən keçirin, sonra isə onları qarışdırın. Zövqə görə ədviyyatlar əlavə edə bilərsiniz, sonda salatın üzərinə bir qədər limon suyu və zeytun yağı əlavə edin.

Müsbət nəticə əldə etmək üçün bu salatı 3 gün ardıcıl olaraq şam yeməyində yeyin.

Aytən

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 fevral

Astroloji proqnoz - 21 fevral

21 Fevral 2018 00:18
Astroloji proqnoz - 16 fevral

Astroloji proqnoz - 16 fevral

16 Fevral 2018 00:08
Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Neft bahalaşdı

Neft bahalaşdı

15 Fevral 2018 09:18
Astroloji proqnoz - 17 fevral

Astroloji proqnoz - 17 fevral

17 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08