Tanınmış aşıq məhkəmədə ifadə verib
Ölkə
14 Fevral 2018 12:46

Tanınmış aşıq məhkəmədə ifadə verib


Bakı. 14 fevral. REPORT.AZ/ Elan olunmuş ittiham üzrə hər iki şəxs özlərini təqsirli bilmədiklərini söyləyib.
"Report"un xəbərinə görə, p rosesdə zərərçəkmiş qismində Habil Hənifəyev ifadə verib. O, R.Babayevi tanıdığını, E.Hüseynovu isə onun yanında gördüyünü deyib: "2014-cü ildə Rəşad mənə şirkətin satılıq kompüterlərinin olduğunu dedi. Mən də Namiqə zəng edib, bu barədə söylədim. Rəşad gəlirdən mənə 3 faiz verəcəkdi".
H.Hənifəyev R.Babayevə komputer biznesi ilə bağlı 53 min 500 manat pul verdiyini ifadə edib: "Həmin puldan 13 min 500 manat pul qaytarıb. Bu da biznesdən gələn gəlirdi. Onda 40 min manat pulum qalıb. Rəşad Babayev Müdafiə Nazirliyində çalışan Qorxmaz Qarayevin adından istifadə edirdi. İşlə bağlı Rəşadla telefonda yazışmalarımız da olub".
Digər zərərçəkmiş Aqil Məmmədov dindirilən zaman qohumu Habil Hənifəyevin komputer biznesi ilə məşğul olduğunu deyib: "2015-ci ildə onları bir yerdə gördüm. Habil iş barədə danışdı. Rəşada ümumilikdə 70 min 550 manat pul verdim".
Hakim digər zərərçəkmiş Aşıq Namiq Hüseynovu xəbərdarlıq edib. Bildirib ki, zərərçəkmiş şəxş ifadə verən zaman heç kəs yerindən danışmalı deyil.
Daha sonra Aşıq Namiq ifadə verib. O, təqsirləndirilən R.Babayevə 54 min 500 manat pul verdiyini söyləyib: "Pulları komputer biznesi ilə bağlı vermişəm. Onlardan bir qismini qaytarıb və 39 min 500 manat pulumu tələb edirəm".
O, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirib: "Dünən Rəşadın qardaşı Zaur Babayev zəng vurmuşdu. Onunla görüşdə dedi ki, "ziyanı qaytaracağıq, istəmirik Rəşad tutulsun, siz də ərizəni geri götürün". Hətta ilkin olaraq, o, 5 min manat qaytaracaqlarını bildirdi. Görüş zamanı Habil və Adil də mənlə bir yerdə idi. Zaur Habillə Adilin də şikayətlərini geri götürmələrini istədi".
Məhkəmənin növbəti iclası fevralın 21-nə təyin edilib.

*** 10:39
Bakı. 14 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rəşad Babayev və Elnur Həsənovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə "BestComp Group" MMC-nin nümayəndəsi mülki iddia qaldırdığını deyib.
Şirkət təqsirləndirilən R.Babayevdən 33440 manat pulun tutulmasını istəyib.
R.Babayev mülki iddia ilə razı olmadığını söyləyib.
Daha sonra məhkəmə istintaqının başlandığı elan edilib. Dövlət ittihamçısı ittiham aktını elan edib.
Hazırda məhkəmə iclası davam etdirilir.
Qeyd edək ki, ittiham aktına əsasən, Nərimanov rayonu ərazisində yerləşən "BestComp Group" firmasında sürücü işləyən Rəşad Babayev tanışı Elnur Həsənovla əlbir olub, həmin firmanın satış meneceri Elçin Məmmədovu aldadaraq, 2015-ci il avqustun 18-də həmin firmaya məxsus 34 min 400 manat dəyərində olan 70 ədəd HP markalı kompüterləri satmaq üçün müştəriləri olduğunu deyib. Onlar anbardan R.Babayevin adına kompüterlərin çıxarılmasına nail olublar. Həmin malları başqa mağazaya sataraq pulu şirkətin pulunu dələduzluq yolu ilə ələ keçiriblər.
Bundan başqa, hər iki təqdirləndirilən şəxs 2014-2015-ci illərdə Aqil Məmmədovun 70 min 550 manat, Namiq Hüseynovun 54 min 500 manat və Habil Hənifəyevin 53 min 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilirlər.
İttihamda qeyd edilib ki, R.Babayevlə E.Həsənov həmin şəxslərə ucuz kompüter satacaqlarını vəd edərək onları aldadıblar.
Hər iki təqsirləndirilən şəxsin barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Xatırladaq ki, zərərçəkmiş şəxslərdən biri tanınmış aşıq Namiq Fərhadoğludur. Onun özü də məhkəmənin hazırlıq iclasında iştirak edib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 fevral

Astroloji proqnoz - 21 fevral

21 Fevral 2018 00:18
Astroloji proqnoz - 16 fevral

Astroloji proqnoz - 16 fevral

16 Fevral 2018 00:08
Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Neft bahalaşdı

Neft bahalaşdı

15 Fevral 2018 09:18
Astroloji proqnoz - 17 fevral

Astroloji proqnoz - 17 fevral

17 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08