Bakıda məktəbdə müəllimin vərəmə yoluxduğu təsdiqlənib
Ölkə
14 Fevral 2018 17:56

Bakıda məktəbdə müəllimin vərəmə yoluxduğu təsdiqlənib


Bakı. 14 fevral. REPORT.AZ/ Bakı şəhəri, 23 saylı tam orta məktəb bu təhsill qurumunda çalışan müəllimdə vərəm xəstəliyinin aşkarlanması ilə əlaqədar məlumat yayıb.
Məktəbdən “Report”a daxil olan məlumatda bildirilib ki, həmin təhsil müəssisəsinin müəllimi Q.Balayeva (ad və soyad şərtidir) ötən ilin dekabrın 26-dan “kəskin respirator xəstəliyi” diaqnozu ilə işə gəlmir: “Fevralın 9-da Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən 23 nömrəli tam orta məktəbə göndərilən məktubda Q.Balayevada “sağ ağciyərin vərəmi” diaqnozunun təsdiq edildiyi qeyd olunub. Dərhal Səhiyyə Nazirliyinin qurumları tərəfindən təhsil müəssisəsinin pedaqoji heyətinin və şagirdlərin müvafiq müayinəsi, həmçinin profilaktik tədbirlər həyata keçirilib və bu iş davam etməkdədir. Ötən il dekabrın 26-dan bu günə qədər şagird və müəllimlər arasında heç bir xəstəlik əlaməti aşkar olunmayıb”.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Astroloji proqnoz - 13 fevral

Astroloji proqnoz - 13 fevral

13 Fevral 2018 00:08
Astroloji proqnoz - 15 fevral

Astroloji proqnoz - 15 fevral

15 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08