Əbülfəs Qarayev Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
Mədəniyyət
14 Fevral 2018 19:16

Əbülfəs Qarayev Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb


Bakı. 14 fevral. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özaral ilə görüşüb.
Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Görüşdə Azərbaycan və Türkiyə arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri, film çəkilişləri, hər iki ölkədə keçirilən tədbirlərdə qarşılıqlı iştirak, turist mübadiləsi və birgə layihələr müzakirə edilib.
Görüş zamanı həmçinin bu il çərçivəsində Türkiyədə Azərbaycan film həftəsinin, Azərbaycanda isə Türkiyə film həftəsinin keçirilməsi müzakirə olunub. Eyni zamanda bir sıra mədəni və turizm layihələrinin həyata keçirilməsi qərara alınıb.
Səfir səmimi qəbula görə minnətdarlığını ifadə edib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Astroloji proqnoz - 13 fevral

Astroloji proqnoz - 13 fevral

13 Fevral 2018 00:08
Astroloji proqnoz - 15 fevral

Astroloji proqnoz - 15 fevral

15 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08