Türkiyəyə ən çox hansı ölkənin vətəndaşlarının səfər etdiyi açıqlanıb
Dünya
14 Fevral 2018 20:06

Türkiyəyə ən çox hansı ölkənin vətəndaşlarının səfər etdiyi açıqlanıb


Bakı. 14 fevral. REPORT.AZ/ Türkiyəni ziyarət edən xarici ölkə vətəndaşları siyahısına Rusiya başçılıq edir.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Miqrasiya İdarəsi məlumat yayıb.
İnformasiyaya əsasən, 2017-ci ildə Türkiyəni Rusiyanın 4 milyon 702 min 482 vətəndaşı ziyarət edib. İkinci yerdə Almaniyadır. Bu ölkədən Türkiyəyə 3 milyon 519 min 206 nəfər səyahət edib. İran 2 milyon 497 min 812 nəfər turistlə üçüncü yerdədir.
2016-cı ildə Türkiyəyə səfər edən turistlərin sayı 24 milyon 686 min 471 nəfər olub. 2017-ci ildə bu rəqəm 7 miloyn 371 min 745 nəfər artaraq 32 milyon 58 min 216-ya çatıb.
Qeyd edək ki, Azərbaycan Türkiyəyə səyahət edənlər siyahısında ilk onluqdadır.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Astroloji proqnoz - 13 fevral

Astroloji proqnoz - 13 fevral

13 Fevral 2018 00:08
Astroloji proqnoz - 15 fevral

Astroloji proqnoz - 15 fevral

15 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08