Rusiya Ermənilər İttifaqı prezidentinin şirkətinə qarşı məhkəmə iddiası qaldırılıb
Dünya
14 Fevral 2018 20:41

Rusiya Ermənilər İttifaqı prezidentinin şirkətinə qarşı məhkəmə iddiası qaldırılıb


Bakı. 14 fevral. REPORT.AZ/ Rusiya Ermənilər İttifaqının prezidenti Ara Abramyanın “Soqlasiye” (“Sövdələşmə”) şirkətinə qarşı məhkəmə iddiası hazırlanır.
“Report” “Jamanak”a istinadən xəbər verir ki, şirkət A.Abramyana məxsus olsa da, baş direktor kimi Andrey Çijikovun adı qeyd edilir.
Məlumata görə, 2011-ci ildə bu şirkət “Sərhədsiz xeyriyyə” fondunun həmtəsisçisi “Via Vitalis” şirkətinə Rusiyada böyrək xərçənginə qarşı dərman lisenziyası almaq üçün müraciət edib. Əvvəllər “Soqlasiye” aldığı dərmanların pulunu vaxtında ödəyirmiş. Ancaq bir müddət sonra onlar ödəmələri vaxtında versə də, sonradan əsas göstərmədən “Via Vitalis”in yüz minlərlə dollar məbləğində pulunu verməyib. Bu, “Via Vitalis”i müflis olma səviyyəsinə çatdırıb. Şirkətin baş direktoru İrina Ratmanova “Soqlasiye”yə qarşı cinayət işinin açılması iddiası ilə məhkəməyə müraciət edib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Astroloji proqnoz - 13 fevral

Astroloji proqnoz - 13 fevral

13 Fevral 2018 00:08
Astroloji proqnoz - 15 fevral

Astroloji proqnoz - 15 fevral

15 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08