Fransa mətbuatı Xocalı soyqırımından yazdı
Digər
14 Fevral 2018 22:23

Fransa mətbuatı Xocalı soyqırımından yazdı


Fransanın www.atlantico.fr portalında “Dağlıq Qarabağ: 26 il sonra Xocalı kütləvi qırğını ilə bağlı qulaqbatırıcı sükut” adlı məqalə dərc olunub.

Publika.az xəbər verir ki, məqalədə 26 il əvvəl - 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı qüvvələrinin 366-cı rus hərbi alayı ilə birlikdə 63-ü uşaq, 107-si qadın olmaqla 613 Azərbaycanlını qətlə yetirdiyi bildirilir.

Fransa, eləcə də Avropa və dünya siyasətçilərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsi olan Xocalı soyqırımı ilə bağlı mövqelərini açıq və qəti şəkildə bəyan etdikləri qeyd olunub.

Yaradıcılıqlarında Xocalı soyqırımına toxunmuş üç fransız – fotoqraf-jurnalist Reza Deqati, bəstəkar Pyer Tilua və rəssam Reno Baltzinger faciə ilə bağlı təəssüratlarını bölüşüblər.

Fotoqraf-jurnalist Reza Deqati Xocalı soyqırımı törədiləndə Ağdam və Şuşa şəhərlərində olmasından, yaxınlarından xəbər gözləyən insanlarla görüşündən, Xocalıda ermənilər tərəfindən qətlə yetirilmiş insanların cəsədlərinə işgəncə verilməsindən, onların təhqir edilməsindən danışıb. Gördüyü reallıqları fotoları vasitəsilə olduğu kimi beynəlxalq ictimaiyyətə çatdırmaq niyyətindən söhbət açıb.

Fransalı bəstəkar Pyer Tilua ölkəmizə səfərindən, Xocalı soyqırımı ilə bağlı eşitdiklərindən danışaraq, bu faciənin qurbanlarının xatirəsinə bəstələdiyi “Khodjaly 613” musiqi əsərini qeyd edib. Faciə ilə bağlı sükutu pozmağa, musiqi vasitəsilə həqiqəti ictimaiyyətə çatdırmağa çalışdığını bildirib.

Rəssam Reno Baltzinger Xocalı soyqırımının məqsədli şəkildə törədildiyini, mətbuatın bu faciə ilə bağlı bilərəkdən susduğunu deyərək, Xocalı soyqırımına 50-yə qədər əsər həsr etdiyini vurğulayıb. Xocalı kolleksiyasındakı əsərlərini Fransanın sabiq mədəniyyət naziri Oreli Filipettiyə təqdim etdiyini diqqətə çatdırıb. Xocalı cinayətinin cəzasız qalmasının ədalətsiz olduğunu bildirən rəssam böyük “Ağ əsər”i ilə Xocalı kolleksiyasını tamamladığını vurğulayıb. Həmin əsərin Fransada və Bakıda Heydər Əliyev Mərkəzində nümayiş etdirildiyini diqqətə çatdırıb.


loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Astroloji proqnoz - 13 fevral

Astroloji proqnoz - 13 fevral

13 Fevral 2018 00:08
Astroloji proqnoz - 15 fevral

Astroloji proqnoz - 15 fevral

15 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08