ABŞ-da məktəbdə atışma nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb
Dünya
15 Fevral 2018 3:26

ABŞ-da məktəbdə atışma nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb


Bakı. 15 fevral. REPORT.AZ/ Birləşmiş Ştatların Florida ştatında yerləşən məktəblərdən birində baş vermiş atışma nəticəsində ən azı 16 nəfər ölüb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Atışma çərşənbə günü Mayaminin 60 kilometrliyində yerləşən Parklend şəhərciyindəki (Brovard dairəsi) məktəbdə baş verib. Təhsil müəssisəsində 14-18 yaş aralığında 3 minə yaxın uşaq oxuyur.

***02:13
Bakı. 15 fevral. REPORT.AZ/ ABŞ-da məktəb ərazisində atışma nəticəsində 7 nəfər ölüb, çoxlu sayda yaralı var.

***00:54
Bakı. 15 fevral. REPORT.AZ/ Çərşənbə günü ABŞ-ın Florida ştatında yerləşən məktəblərdən birində silahlı insident baş verib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə hadisənin qeydə alındığı Brouard dairəsinin şerif idarəsi öz rəsmi "Twitter" səhifəsində məlumat yayıb.
Hadisə nəticəsində azı 1 nəfər ölüb, 20-si yaralanıb. Əraziyə bir neçə "təcili yardım" maşını cəlb olunub. Hüquq-mühafizə orqanları əməkdaşları məktəb ərazisində əməliyyat aparırlar.
İlkin olaraq hadisəni məktəb şagirdlərindən birinin törətdiyi bildirilir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Astroloji proqnoz - 13 fevral

Astroloji proqnoz - 13 fevral

13 Fevral 2018 00:08
Astroloji proqnoz - 15 fevral

Astroloji proqnoz - 15 fevral

15 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08