Təqaüdünü almaq üçün anasının meyitini 7 il gizlədib
Dünya
31 May 2017 17:17

Təqaüdünü almaq üçün anasının meyitini 7 il gizlədib


Bakı. Trend:

Fransada qeyri-adi olay baş verib. Trend-in məlumatına görə, polisə 50 yaşlı qadının anasının təqaüdünü almaq üçün 7 il ərzində onun meyitini gizlətməsi barədə məlumat daxil olub. Polisin verdiyi məlumata görə, xanımın öz anasının meyitini evinin bağçasında, yerin altında xüsusi soyuducu kamerasında saxlaması məlum olub.

Hazırda Fransa polisi hadisə ilə bağlı araşdırmaları davam etdirir.

Qadının anasının 83 yaşında vəfat etdiyi məlum olub. Hazırda polis onun ölüm səbəbini də araşdırır.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR