Barmağını kəsən dul qadınlar - İNANILMAZ ADƏT - FOTOLAR
Digər
1 İyun 2017 12:28

Barmağını kəsən dul qadınlar - İNANILMAZ ADƏT - FOTOLAR


İndoneziyanın Papua bölgəsində yaşayan qəbilənin qadınları qəribə adət-ənənələri ilə seçilir. Meşənin dərinliklərində. dünyadan təcrid olunmuş bir şəkildə həyat sürən qəbilə üzvləri öz geyimləri, həyat tərzləri ilə digər qəbilələrdən seçilirlər.

Publika.az-ın məlumatına görə, qəbilənin ən qəribə cəhəti ondan ibarətdir ki, burada ərləri ölən qadınlar dul olduqlarını göstərmək üçün barmaqlarını kəsirlər.

İnsanların Dani qəbiləsi olaraq tanıdığı toplum ilk dəfə amerikalı missioner Riçard Erkbold tərəfindən kəşf edilib. Qəbilə daxilində yaşayan qadınların dul və ya evli olduğu barmaqlarının sayına görə müəyyənləşdirilir.

Əgər bir qadın bir neçə dəfə ərdə olubsa və həyat yoldaşı dünyasını dəyişibsə, o, evlilik sayı qədər barmaqlarını kəsir. Kəsilən barmaqlar yandırılır, külü isə ərlərinin məzarı üstünə səpilir.

Kədərin simvolu kimi qiymətləndirilən bu hərəkət bir neçə il əvvəl qadağan olunub. Qəbilənin yalnız yaşlı üzvləri bu adəti davam etdirir.

Könül Cəfərli








loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 noyabr

Astroloji proqnoz - 17 noyabr

17 Noyabr 2017 00:13
Astroloji proqnoz - 18 noyabr

Astroloji proqnoz - 18 noyabr

18 Noyabr 2017 00:08