Deputat: Trampın məktubları ABŞ-ın Azərbaycanla strateji tərəfdaşlığı davam etdirmək niyyətini göstərir
Ölkə
1 İyun 2017 16:52

Deputat: Trampın məktubları ABŞ-ın Azərbaycanla strateji tərəfdaşlığı davam etdirmək niyyətini göstərir


Bakı. Elçin Mehdiyev - Trend:

ABŞ Prezidenti Donald Trampın 28 May - Respublika Günü və "XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktublarından görünür ki, ABŞ Azərbaycanı Cənubi Qafqazda xüsusi fərqləndirir, Azərbaycanla əməkdaşlıqdan məmnunluq duyur və bu əməkdaşlığı davam etdirmək niyyətindədir.

Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib.

B.Sadıqov bildirib ki, D.Tramp ABŞ prezidenti seçildikdən sonra ABŞ-Azərbaycan münasibətlərinin hansı məcrada inkişaf edəcəyi hər kəsi maraqlandırırdı:

“ABŞ-ın yeni Administrasiyasının Azərbaycanla münasibətdə hansı mövqe tutacağını diqqətlə izləyirdik. ABŞ-Azərbaycan əməkdaşlığı çoxtərəflidir, terrorizmə qarşı birgə mübarizədən tutmuş bir çox sahələri əhatə edir və biz həmişə istəmişik ki, ABŞ-la münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsində qalsın və davam etsin. Trampın məktubları bu məsələlərə aydınlıq gətirdi və ABŞ-ın Azərbaycanla strateji tərəfdaşlığı davam etdirmək niyyətində olduğunu göstərdi”.

Deputat vurğulayıb ki, eyni zamanda ABŞ Prezidentinin məktublarında Azərbaycanın ABŞ-la indiyə qədər olan əməkdaşlıq münasibətləri yüksək qiymətləndirilir: “Bu məktublarda ABŞ-Azərbaycan əməkdaşlığının perspektivi ilə bağlı söylənilən fikirlər də qane edicidir. Hesab edirəm ki, bundan sonra ABŞ-Azərbaycan əməkdaşlığı qarşılıqlı anlaşma, bir-birinin maraqlarına hörmət və bütövlükdə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində davam edəcək”.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 dekabr

Astroloji proqnoz - 17 dekabr

17 Dekabr 2017 00:09
Astroloji proqnoz - 18 dekabr

Astroloji proqnoz - 18 dekabr

18 Dekabr 2017 00:08