Tanınmış aparıcı ağır qəzaya düşdü: "Ölümdən döndüm”
Digər
1 İyun 2017 16:52

Tanınmış aparıcı ağır qəzaya düşdü: "Ölümdən döndüm”


Tanınmış jurnalist Tahirə Məmmədqızı avtomobil qəzası keçirib.
 
Lent.az-ın yenicag.az-a istinadən məlumatına görə, hadisə yas mərasimindən qayıdarkən baş verib. Hələ də şokda olan aparıcı-jurnalist ölümdən döndüyünü deyir:
 
“Yaxın dostum, tanınmış rejissor Xamisin törətdiyi qəza nəticəsində dünyasını dəyişən xanımın yas mərasimindən qayıdırdım. İnanın, özümdə-sözümdə deyiləm. Heç surətlə də sürmürdüm… Bir onda gördüm ki, maşına sol tərəfdən güclü zərbə dəydi. Həkimə necə, nə vaxt çatdırıblar xatırlamıram. Xəstəxanadayam, ayağımdan zədə almışam. Daha betər ola bilərdi, Allah saxladı, ölümdən döndüm”.
 
Qeyd edək ki, T. Məmmədqızı bir neçə dəfə avtomobil qəzası keçirib.


loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
loading...