Televiziya əməkdaşını öldürən rejissorun atası: "Lamiyənin yasına getdik, bizi..."
Ölkə
1 İyun 2017 16:54

Televiziya əməkdaşını öldürən rejissorun atası: "Lamiyənin yasına getdik, bizi..."


AzTV-nin əməkdaşı Lamiyə Quliyevanı idarə etdiyi "Mercedes" markalı avtomobillə vuran tanınmış rejissor Xamis Ağcayev hazırda Səbail Rayon Polis İdarəsində saxlanılır.

Milli.Az xəbər verir ki, bu barədə yenicag.az-a rejissorun atası Xanlar Ağcayev məlumat verib.

O, hadisə ilə bağlı bunları deyib:

"Bəli, oğlum hadisə törədib, hazırda istintaq gedir. Biz bütün qohum-əqrəba bu gün dünyasını dəyişən xanımın yas mərasimində olduq. Onların acısı çox ağırdır, amma buna baxmayaraq, bizimlə çox mədəni davrandılar. Deyirlər ki, guya oğlum zaminə buraxılıb, yalan söhbətdir, Xamis hazırda polis bölməsindədir".

Qeyd edək ki, 38 yaşlı Lamiyə Quliyeva Az.TV-də suflyor işləyirdi.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 dekabr

Astroloji proqnoz - 17 dekabr

17 Dekabr 2017 00:09
Astroloji proqnoz - 18 dekabr

Astroloji proqnoz - 18 dekabr

18 Dekabr 2017 00:08