6 yaşlı qızı zorlayıb öldürdü: çamadanda gizlətdi- DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI - VİDEO - FOTO
Dünya
1 İyun 2017 17:04

6 yaşlı qızı zorlayıb öldürdü: çamadanda gizlətdi- DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI - VİDEO - FOTO


Türkiyənin Yalova valiliyinin Çinarcıq mahalına bağlı Koru kəndində dünən küçədə oynayarkən itən 6 yaşlı Eylül Umutlunun cəsədi çamadanın içində tapılıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Eylülü qaçırıb boğaraq öldürdükdən sonra çamadana qoyaraq kimsəsiz bir binaya atan narkotik asılısı olan 25 yaşlı Murat Şahin A. tutulub.

Eylül dünən anası qonşuya getdikdən sonra evdən çıxıb. Bir müddət sonra evə dönən ana Eylülü evdə tapa bilməyib. Axşam saatlarına qədər Eylülün evə dönmədiyini görən yük maşını sürücüsü Nurettin Ümidli polisə qızının itkin düşdüyünü deyib.

Başladılan araşdırmada azyaşlının son olaraq axşam saatlarında Atakent məhəlləsində bir futbol meydançasında göründüyü məlum olub. Polislər dərhal məhəllə sakinləri ilə birlikdə bölgədə axtarışa başlayıblar. Sabaha qədər davam edən axtarışlardan nəticə əldə etmək omayıb. Bu səhər polislər bölgədəki tərk edilmiş binaları bir-bir axtarmağa başlayıb. Eylülün cəsədi evindən təxminən 1 kilometr məsafədəki kimsəsiz binanın zirzəmisində çamadan içində tapılıb.

Edilən ilk araşdırmada boğularaq öldürülən qızın təcavüzə uğramış ola biləcəyi ehtimalı olduğu təsbit edilib. 

Qatilin tapılması üçün hərəkətə keçən təhlükəsizlik qüvvələri şahidləri dünən günortadan sonra velosipedlə çamadan aparan bir şəxsin xarici görünüşü barədə məlumat veriblər. Cinayətkarın şəxsiyyətinin müəyyən edilməsi üçün araşdırmaya başlayan polis narkotik asılısı olduğu bildirilən Murat Şahin A.-nı cinayət şübhəlisi olaraq nəzarətə alıb. İşsiz olan və dünən məhəllə sakinləri ilə birlikdə Eylülün axtarış işlərinə qatıldığı ortaya çıxan Murat Şahin A. -nın günahını etiraf etdiyi deyilir.

Hadisə ilə əlaqədar istintaq davam etdirilir.

Məhəmməd Vaqif

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Yoxa çıxan 6 yaşlı qızın çemodanda cəsədin tapdılar: DƏHŞƏTLİ QƏTL














loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 dekabr

Astroloji proqnoz - 17 dekabr

17 Dekabr 2017 00:09
Astroloji proqnoz - 18 dekabr

Astroloji proqnoz - 18 dekabr

18 Dekabr 2017 00:08