Prezidentin iki köməkçisi və iki dövlət müşaviri yeni strukturda yer almayıb
Ölkə
1 İyun 2017 17:06

Prezidentin iki köməkçisi və iki dövlət müşaviri yeni strukturda yer almayıb


Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycan Prezident Administrasiyanın yeni strukturu təsdiqlənib və administrasiyanın bəzi vəzifəli şəxsləri yeni strukturda yer almayıb.
"Report"un xəbərinə görə, bununla bağlı müvafiq sərəncam imzalanıb. 
Azərbaycan Prezidentinin köməkçisi Tariyel Ağayev, Azərbaycanın millətələrarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri xidmətinin İqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimov, Azərbaycan Respublikası Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyev,  Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri Vahid Axundov, Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri Məhərrəm Əliyev yeni strukturda yer almayıblar.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
loading...