Sumqayıtda silah-sursat tapıldı
Ölkə
4 İyun 2017 21:28

Sumqayıtda silah-sursat tapıldı


Sumqayıtın H.Z.Tağıyev qəsəbəsində xeyli silah-sursat aşkarlanıb.

Bu barədə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Məlumata görə, iyunun 4-də H.Z.Tağıyev qəsəbəsi, Kərim Kərimov küçəsi 25 ünvanında yerləşən məişət tullantıları ərazisinə baxış keçirilib, 12 ədəd partlamamış hərbi sursat (7 ədəd 122 mm-lik top mərmisi (OF-460), 1 ədəd 115 mm-lik tank mərmisi (BK-115), 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 1 ədəd 85 mm-lik top mərmisi (OF-365), 1 ədəd 76 mm-lik top mərmisi (OF-353) və 1 ədəd 57 mm-lik top mərmisi (OR-281U)) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 1 300 kv.m ərazi yoxlanılıb.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR