Nazirlik əlilliyi olan 100 nəfəri istirahət mərkəzinə yola salıb
Ölkə
5 İyun 2017 10:36

Nazirlik əlilliyi olan 100 nəfəri istirahət mərkəzinə yola salıb


Bakı. 5 iyun. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan 100 nəfəri Lənkəran rayonunda yerləşən istirahət mərkəzinə göndərib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, bu tədbir “2017-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq təşkil olunub. 
Nazirlik cari ilin yaz-yay mövsümündə 1100 nəfərdən çox əlilliyi olan şəxsi istirahət mərkəzlərinə göndərməyi planlaşdırıb. Onlardan artıq 400 nəfərə yaxın əlilliyi olan şəxsin Lənkəran və Xaçmaz rayonlarındakı istirahət mərkəzlərinə göndərilməsi təmin olunub. Qalan şəxslər də mövsüm ərzində yola salınacaqlar.
Əlilliyi olan şəxslərin həmin mərkəzlərdə istirahət etmələri üçün lazımi şərait yaradılıb. Göndərilən insanlar da istirahət müddətini başa vurub qayıtdıqdan sonra onlara göstərilən xidmətlərdən məmnunluqlarını ifadə edirlər. Əliliyi olan şəxslərin istirahət mərkəzlərinə aparılması və müəyyən olunmuş müddətdən sonra geri qaytarılması üçün nəqliyyat vasitəsi də ayrılıb.



loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 19 noyabr

Astroloji proqnoz - 19 noyabr

19 Noyabr 2017 00:03
Ən şanssız qan qrupları

Ən şanssız qan qrupları

19 Noyabr 2017 22:14