Səudiyyə Qətərin qarşısına 10 şərt qoydu
Digər
7 İyun 2017 7:57

Səudiyyə Qətərin qarşısına 10 şərt qoydu


Səudiyyə Ərəbistanı münasibətlərin normallaşdırılması üçün Qətərin qarşısına 10 şərt qoyub və bu şərtlərin icrasına iyunun 6-sı axşam saatlarından başlayaraq 24 saat vaxt verib. APA-nın xəbərinə görə, bu barədə Səudiyyə Ərəbistanının “Əkbər əl en” nəşri məlumat yayıb.  

 

Məlumata görə, şərtlərin sırasında İranla diplomatik əlaqələrin dərhal kəsilməsi, “Müsəlman qardaşlar” və HƏMAS hərəkatlarının üzvlərinin ölkədən çıxarılması, onların bank hesablarının dondurulması və bu qruplaşmalarla heç bir əlaqə qurulmaması yer alıb.

 

Bundan başqa, Səudiyyə Ərəbistanı Qətərdən  “Əl Cəzirə” peyk telekanalının siyasətini və rəhbərliyini dərhal dəyişməyi tələb edib. Ər Riyad tələb edir ki, kanalın yayımı Fars körfəzi ölkələrinin və ərəb dünyasının maraqlarına zidd olmamalıdır.  

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR