Tualetdə doğdu, körpəni zibil qabına atdı - FOTOLAR
Dünya
7 İyun 2017 16:38

Tualetdə doğdu, körpəni zibil qabına atdı - FOTOLAR


Türkiyənin Eskişehir adlanan bölgəsində qan donduran hadisə baş verib. 19 yaşlı K.Ç sevgilisindən hamilə qalıb.

Publika.az xəbər verir ki, artıq çəki səbəbindən qız hamilə olduğunu evdəkilərdən gizlədə bilib. Şiddətli qarın ağrıları ilə anası tərəfindən xəstəxanaya aparılan 19 yaşlı K.Ç tualetdə dünyaya gətirdiyi uşağı zibil qutusuna ataraq qaçmaq istəyib.

Ağlama səsinə tualetə girən xəstəxana işçiləri dərhal rəhbərliyə hadisə barədə məlumat veriblər.

Eskişehir 3-cü Ağır Cəza Məhkəməsində hadisə ilə bağlı cinayət işi açılıb. 19 yaşlı K.Ç üçün 15 il həbs cəzası tələb olunsa da, məhkəmə qadını 2 min türk lirəsi məbləğində cərimədən sonra sərbəst buraxıb.

Könül Cəfərli



loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR