Azercell Plus: Yeni imkanlar yaradan əlavə xidmətlər
Texnologiya
8 İyun 2017 12:53

Azercell Plus: Yeni imkanlar yaradan əlavə xidmətlər


Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom abunəçilərinin gündəlik həyatını daha rahat və dolğun etmək məqsədi ilə növbəti yeni xidmətini təqdim edir.

Azercell Plus adlanan yeni xidmət abunəçilərin gündəlik tələbatlarını ödəyən əlavə xidmətləri özündə birləşdirib. Təqdim olunan xidmətlərin hamısı müştərilərin rahatlığı üçün bir yerdə toplanıb və müxtəlif kateqoriyalara bölünüb. Belə ki, Azercell Plus vasitəsilə istənilən zaman və yerdə musiqi dinləmək, müxtəlif dillərdə kitab oxumaq, cihazların müdafiəsini təmin etmək, uşaqların İnternetdə keçirdiyi vaxtı idarə etmək, videoları seyr etmək mümkündür. Amma bu da xidmətin çərçivəsində təqdim olunan imkanların tam siyahısı deyil.

Azercell Plus-ın bütün üstünlüklərindən faydalanmaq istəyən Azercell abunəçiləri www.azercell.com/plus saytına daxil olub, orada göstərilmiş müxtəlif kateqoriyalardan arzu olunan xidmət və ya tədbiqetməni seçib, rahat yolla onu cihazına yükləyə bilər. Azercell Plus-a daxil olunmuş xidmət və tədbiqetmələrin siyahısı daim artırılmaqdadır.

Qeyd edək ki, Azercell Plus 07.06.2017-ci il tarixindən etibarən, bütün abunəçilərin ixtiyarına verilib. Xidmət haqqında daha ətraflı məlumatı www.azercell.com/plus saytından əldə etmək olar.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 15 dekabr

Astroloji proqnoz - 15 dekabr

15 Dekabr 2017 00:08