Prosineçki Azərbaycan millisindən gedir
İdman
12 İyun 2017 23:43

Prosineçki Azərbaycan millisindən gedir


Robert Prosineçki – “Bursaspor” – AFFA üçbucağı arasındakı qeyri-müəyyənlik başa çatmaq üzrədir.

Publika.az xəbər verir ki, gözlənildiyi kimi xorvatiyalı mütəxəssis bundan sonrakı karyerasını Türkiyədə davam etdirəcək.

Bu gün meneceri ilə birlikdə AFFA-da rəhbərliklə danışıqlar masası arxasına oturan baş məşqçi “Bursaspor”da işləmək istədiyini bildirib. Ona yeni müqavilə təklif edilsə də, mütəxəssis bundan imtina edib.

Sabah tərəflər arasında müqavilənin pozulması ilə bağlı hüquqi prosedur yoluna qoyulacaq, ardınca isə Prosineçki Türkiyəyə yollanacaq. Burada isə o, 2+1 illik anlaşmaya imza atacaq.

Qeyd edək ki, keçidlə bağlı iddialar milli komandamızın Şimali İrlandiya ilə oyunundan əvvəl səsləndirilsə də, həm AFFA, həm də Prosineçki bunu sərt bir şəkildə təkzib etmişdi. (apasport.az)

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR