Ali məktəblərə qəbul üzrə yeni qaydalar təsdiq olundu
Ölkə
13 İyun 2017 14:07

Ali məktəblərə qəbul üzrə yeni qaydalar təsdiq olundu


Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında “Təhsil haqqında” qanunda dəyişiklik müzakirə edilib.

Trend-in məlumatına görə, dəyişiklik haqqında məlumat verən Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev bildirib ki, dəyişikliklərin əsas məqsədi ölkəmizin ali təhsil müəssisələrində və ixtisaslar üzrə bakalavriat səviyyəsində bir illik hazırlıq qruplarının təşkilidir.

Dəyişikliklərə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Beləliklə, həm bakalavriat səviyyəsində hazırlıq qrupları yaradılacaq, həm də müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul qaydaları, o cümlədən tədrisin təşkili təmin olunacaq. Hazırlıq qrupları yaradılarkən müəyyən təcrübədən istifadə edilməli, onlar yüksək səviyyədə təşkil olunmalıdır. Eyni zamanda, hazırlıq qruplarının yaradılması ilə xarici ölkələrə gedən həmin gənclərin axınının qarşısı alınacaq.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13
Astroloji proqnoz - 13 dekabr

Astroloji proqnoz - 13 dekabr

13 Dekabr 2017 00:08
Muarem Muarem yeni klubda

Muarem Muarem yeni klubda

12 Dekabr 2017 16:13
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08