Ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib
Maraqlı
7 May 2017 15:41

Ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib


Bakı. 7 may. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) mayın 7-də 2017/2018-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
"Report" xəbər verir ki, imtahan ölkənin 11 şəhər və rayonunda - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda ümumilikdə 56 binada aparılıb.
İmtahanların idarə olunmasına 206 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2226 nəzarətçi-müəllim cəlb olunub.
İmtahanda 30 min 239 abituriyentin iştirak edib. Onlardan 25612 abituriyent I qrup üzrə, 4627 abituriyent IV qrup üzrə imtahan verib.
Abituriyentlərdən 27353 nəfəri Azərbaycan bölməsinin (I qrup üzrə 23266, IV qrup üzrə 4087 nəfər), 2886 nəfəri isə rus bölməsinin (I qrup üzrə 2346, IV qrup üzrə 540 nəfər) məzunudur. Abituriyentlərin 18092 nəfəri oğlanlar (I qrup üzrə 16621 nəfər, IV qrup üzrə 1471 nəfər), 12147 nəfəri isə qızlardır (I qrup üzrə 8991 nəfər, IV qrup üzrə 3156 nəfər). 23844 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 5658 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 66 nəfər ali təhsil müəssisələrinin, 671 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 163 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1962-ci ildən, ən gənci isə 2002-ci ildəndir.
İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizasına başlanıb. Bu gün "Space" telekanalında canlı yayımlanan “Abituriyent” verilişində DİM-in məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda DİM-in internet saytında və "Facebook" səhifəsində yerləşdiriləcək.
Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.

















loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 noyabr

Astroloji proqnoz - 18 noyabr

18 Noyabr 2017 00:08