İndoneziyada həbsxanadan onlarla məhbus qaçdı - Giriş qapısından
Dünya
7 May 2017 15:44

İndoneziyada həbsxanadan onlarla məhbus qaçdı - Giriş qapısından


İndoneziyanın Pekanbaru şəhərindəki Sialang Bungkuk həbsxanasında olan onlarla məhbus kütləvi surətdə qaçıb.

Milli.Az BBC-yə istinadən xəbər verir ki, Yerli TV kanallarda yayımlanan görüntülərdə məhbusların həbsxananın əsas giriş qapısından qaça-qaça çıxdıqları göstərilir.

Məhbuslar cümə namazı üçün kameralarından çıxmağa icazə verildikdən sonra qaçıblar.

Bu həbsxana 300 nəfər üçün nəzərdə tutulsa da, burada 1900 məhbus və cəmi 5-6 nəzarətçi var.

Qaçan məhbus təxminən üçdə biri yenidən həbs edilib.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR