Bakıda taksi sürücüsünün başına oyun açdılar
Digər
18 İyun 2017 14:24

Bakıda taksi sürücüsünün başına oyun açdılar


Bakıda taksi sürücüsü qarşılaşdığı hadisə ilə bağlı polisə müraciət edib.

Milli.Az lent.az-a istinadən bildirir ki, 1973-cü il təvəllüdlü Hüseynov Vüqar Əlhəsən oğlu şikayət ərizəsi yazaraq qeyd edib ki, Sarayevo küçəsində şəxsi avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olarkən tanımadığı şəxs müştəri qismində nəqliyyat vasitəsinə əyləşib. Həmin şəxs şəhərin müxtəlif yerlərindəki bir neçə ünvana taksi sürdürdükdən sonra sürücünün Zığ şosesinə sürməsini istəyib. Onlar Xətai rayonu Zığ şosesinə gələndə müştəri düşüb və bir neçə dəqiqədən sonra qayıdacağını deyib. Lakin V.Hüseynov nə qədər gözləsə də, müştəri qayıtmayıb.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
loading...