Mələk Heydərovanın ilk kitabının təqdimatı keçirildi
Mədəniyyət
20 İyun 2017 13:42

Mələk Heydərovanın ilk kitabının təqdimatı keçirildi


Aparıcı, jurnalist Mələk Heydərovanın “Bizdə qadın” adlı ilk kitabının təqdimat mərasimi keçirilib.

Metbuat.az bildirir ki, təqdimatda mədəniyyət nümayəndələri, tanınmış jurnalistlər, eləcə də media nümayəndələri iştirak edib. Çıxış edənlər aparıcı və kitabla bağlı müsbət fikirlərini bölüşüblər.

Kitabın müəllifi çıxışı zamanı ölkəmizdə bu gün mental dəyərlərdən əziyyət çəkən qadınların olduğunu vurğulayıb.

Tədbirin sonunda imza mərasimi keçirilib.

Bildirək ki, kitab aparıcının ayrı-ayrı vaxtlarda yazmış olduğu publisistik yazılar toplusundan ibarətdir. Qadının güclü bir varlıq olduğu izah olunan kitabda ailə, cəmiyyət, mental məsələlər öz əksini tapır. Kitab Azərbaycan Yaradıcılıq Fondunun Kitabxanası seriyasından çapdan çıxıb.

(“Bizdə qadın” işıq üzü gördü - Mələk Heydərovanın ilk kitabı...)

Qeyd edək ki, Mələk Heydərova 2013-cü ildən bəri televiziya sahəsində çalışır. O, 2015-ci ildən dövrü mətbuatda publisistik yazılarla çıxış edir.

“Bizdə qadın” adlı kitabı “Azərkitab”dan əldə edə bilərsiniz.

Ünvan M. Naxçıvani 1 (Statistika komitəsi ilə üzbəüz) Nömrə 012 436 90 10/20

Xəyalə Məmmədova / Metbuat.az


loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 22 noyabr

Astroloji proqnoz - 22 noyabr

22 Noyabr 2017 00:08