"Yad kişi ilə gördüm, dedi "işinlə məşğul ol"" - Arvadını öldürən şəxs
Ölkə
20 İyun 2017 17:44

"Yad kişi ilə gördüm, dedi "işinlə məşğul ol"" - Arvadını öldürən şəxs


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını namus üstündə öldürməkdə təqsirləndirilən Əkbər Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin icraatında prosesdə hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib.

Məhkəmə prosesi iyunun 29-da davam etdiriləcək.

Qeyd edək ki, 2017-ci martın 24-də  Yasamal rayonu ''Qanlıgöl'' yaxınlığında kirayədə yaşayan 43 yaşlı Əkbər Quliyev qısqanclıq zəminində həyat yoldaşı, 42 yaşlı Firuzə Quliyevaya küçənin ortasında çoxsaylı bıçaq xəsarətləri yetirib. 10-dan çox bıçaq zərbəsi alan F.Quliyeva hadisə yerində ölüb.

Ə.Quliyev istintaqa ifadəsində deyib  ki, həyat yoldaşını yad kişi ilə görüb. Bunun səbəbini soruşduqda qadın həmin şəxsin tanışı olduğunu deyərək, ərinə ''işinlə məşğul ol'' söyləyib. Həyat yoldaşının laqeydliyini qəbul edə bilməyən Ə.Quliyev arvadını bıçaqlayıb.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 fevral

Astroloji proqnoz - 23 fevral

23 Fevral 2018 00:03
Astroloji proqnoz - 21 fevral

Astroloji proqnoz - 21 fevral

21 Fevral 2018 00:18
Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Astroloji proqnoz - 20 fevral

Astroloji proqnoz - 20 fevral

20 Fevral 2018 00:03
Astroloji proqnoz - 19 fevral

Astroloji proqnoz - 19 fevral

19 Fevral 2018 00:48
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08