Nazirlik əlilliyi olan 195 nəfəri istirahət mərkəzlərinə göndərib
Ölkə
21 İyun 2017 10:56

Nazirlik əlilliyi olan 195 nəfəri istirahət mərkəzlərinə göndərib


Bakı. 21 iyun. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi son üç gündə 195 nəfər əlilliyi olan şəxsi ölkənin səfalı güşələrinə istirahətə yola salıb. 
Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Həmin şəxslərdən 65 nəfər Lənkəran, 80 nəfər Xaçmaz və 50 nəfər Quba rayonundakı istirahət mərkəzlərində dincələcəklər.
“Əlilliyi olan şəxslərin cəmiyyətin digər üzvləri ilə bərabər imkanlara malik olmalarına şərait yaradılması ölkədə aparılan sosial siyasətin əsas hədəflərindən biridir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin bir istiqaməti də əlilliyi olan şəxslərə yaz-yay mövsümündə mənalı istirahət etmək üçün şəraitin yaradılmasına yönəlib”, -deyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial xidmətlər və proqramlar şöbəsinin müdiri Vüqar Behbudov əlillərin yola salınması zamanı bildirib.
Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2017-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən ümumilikdə 1100 nəfərdən çox əliliyi olan şəxsin istirahətinin təşkili nəzərdə tutulub. Cari ilin yaz-yay mövsümü başlanandan bəri onlardan artıq 755 nəfərin istirahət mərkəzlərinə göndərilməsi təmin edilib. Qalan şəxslər də mövsümün sonuna qədər istirahət mərkəzlərinə yola salınacaqlar. Əlilliyi olan şəxslərin istirahət mərkəzlərinə aparılıb gətirilməsi də xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə həyata keçirilir.






  • loading...

    OXŞAR XƏBƏRLƏR

    DİGƏR XƏBƏRLƏR

    TOP XƏBƏRLƏR

    Astroloji proqnoz - 19 yanvar

    Astroloji proqnoz - 19 yanvar

    19 Yanvar 2018 00:08
    Astroloji proqnoz - 18 yanvar

    Astroloji proqnoz - 18 yanvar

    18 Yanvar 2018 00:03
    Astroloji proqnoz - 15 yanvar

    Astroloji proqnoz - 15 yanvar

    15 Yanvar 2018 00:08
    Astroloji proqnoz - 16 yanvar

    Astroloji proqnoz - 16 yanvar

    16 Yanvar 2018 00:08
    Astroloji proqnoz - 14 yanvar

    Astroloji proqnoz - 14 yanvar

    14 Yanvar 2018 00:08
    Astroloji proqnoz - 17 yanvar

    Astroloji proqnoz - 17 yanvar

    17 Yanvar 2018 00:03
    Astroloji proqnoz - 18 yanvar

    Astroloji proqnoz - 18 yanvar

    18 Yanvar 2018 00:03
    Astroloji proqnoz - 22 dekabr

    Astroloji proqnoz - 22 dekabr

    22 Dekabr 2017 00:08
    Astroloji proqnoz - 28 dekabr

    Astroloji proqnoz - 28 dekabr

    28 Dekabr 2017 00:08