Yeganə: "Ərim ilk tanış olanda mənə nifrət edirdi"
Şou-Biznes
21 İyun 2017 17:44

Yeganə: "Ərim ilk tanış olanda mənə nifrət edirdi"


Müğənni Yeganə Akbudaq (Mürsəlova) "Zarafat-zarafat" verilişinin qonağı olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi türkiyəli həyat yoldaşı Fatihlə tanış olma anlarından söz açıb:

"Yağışlı bir gün idi, İstanbulu sel-su aparırdı. Həmin gün tanış olduq. Elə həmin gün dalaşdıq. İş prosesində tanış olmuşduq. Qayıtdı ki, nə qədər mədəniyyətdən uzaq bir xanımsan. Mən də onun haqqında eyni sözü dedim. Bir-birimizə nifrət edirdik. Sonra münasibət davam etdi. Tanış olandan 5 ay sonra bildi ki, mən müğənniyəm. Evləndik və hələ xoşbəxt yaşayırıq".

Qeyd edək ki, Yeganənin bu evlilikdən Ömər adlı oğul övladı var.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR