Musiqili Teatr 107-ci mövsümün ən yaxşılarını mükafatlandıracaq
Digər
21 İyun 2017 19:34

Musiqili Teatr 107-ci mövsümün ən yaxşılarını mükafatlandıracaq


Azərbaycan Dövlət Musiqili Teatrının 107-ci mövsümü yekunlaşmaq üzrədir.

Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Milli.Az-a bildirib ki, mövsümün başa çatması ilə əlaqədar Musiqili Teatrda mükafatlandırma mərasimi olacaq. Artıq bir neçə ildir ki, kollektivdə yaradıcılıq fəaliyyəti və əməyi ilə seçilən əməkdaşlar mövsümün sonunda mükafatlandırılır.

Tədbirdə "Mövsümün aktrisası", "Mövsümün aktyoru", "Mövsümün perspektivli aktyoru", "Mövsümün perspektivli aktrisası", "Mövsümün sevilən aktrisası", "Mövsümün ən məhsuldar aktyoru", "Bərpa tamaşasında uğurlu rola görə", "Mövsümün ən işgüzar əməkdaşı", "Mövsümün debütü - aktrisa", "Mövsümün debütü - aktyor", "Mövsümün ən yaxşı balet artisti", "Mövsümün ən yaxşı xor artisti", "Mövsümün ən yaxşı musiqiçisi", "Mövsümün ən yaxşı texniki işçisi" nominasiyaları üzrə qaliblər bəlli olacaq. Mərasimdə həmçinin "Mövsümün ən yaxşı tamaşası" elan olunacaq.

Qaliblərə xüsusi prizlər və mükafatlar veriləcək.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 dekabr

Astroloji proqnoz - 17 dekabr

17 Dekabr 2017 00:09
Astroloji proqnoz - 16 dekabr

Astroloji proqnoz - 16 dekabr

16 Dekabr 2017 00:05