Sumqayıt bulvarında yeni yasaq - VİDEO
Ölkə
24 İyun 2017 21:14

Sumqayıt bulvarında yeni yasaq - VİDEO


Bulvarda ev heyvanlarını gəzdirmək və velosiped sürmək qadağan olunub. Söhbət sumqayıtdakı dənizkənarı bulvardan gedir. Bunun üçün dənizkənarı bulvar ərazisində məlumat lövhələri də yerləşdirilib. Bəs yeni qadağaya səbəb nədir?

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bulvar ərazisində it və başqa heyvanları gəzdirmək, hətta velosiped sürmək belə qadagan edilib.
Bu qərar Sumqayıtda Dənizkənarı Bulvarda tətbiq edilir.
Qadağa əsas kimi ev heyvanlarını o cümlədən itlərini gəzdirməyə gətirənlərin habelə velosiped sürənləri digər sakinləri narahat etməsi göstərilib. Qeyd edilib ki, it gəzdirməyə gələnlər ətrafdakıları saymır və bəzən heyvanı buraxıb heç nə olmamış kimi gəzdirirlər.
Sumqayıt Bulvar MMC-nin direktor müavini Şükür Əliyev dəfələrlə bulvar ərazisində xaltasız, ağızlıqsız itləri gəzdirən sakinlərə irad tutulduğunu desə də, onların buna laqeyd yanaşdığını bildirir. O, qadağaların tətbiqini təhlükəsizlik baxımından vacib sayır.
Qadağa yalnız ev heyvanları ilə bağlı deyil. Bundan sonra velosiped həvəskarları da Sumqayıt bulvarında istədikləri yerdə hərəkət edə bilməyəcəklər. Çünki, onların hərəkəti üçün ayrıca zolaq da ayrılıb.
Yeni qadağalara əməl etməyənlərə ilkin mərhələdə xəbərdarlıq ediləcək və bulvar ərazisindən uzaqlaşdırılacaq. Ancaq xəbərdarlıq işə yaramazsa, cərimələrin tətbiqi də nəzərdə tutulur.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 noyabr

Astroloji proqnoz - 18 noyabr

18 Noyabr 2017 00:08