Şəkidə 81 yaşlı kişi ağacdan yıxılıb
Ölkə
27 İyun 2017 20:44

Şəkidə 81 yaşlı kişi ağacdan yıxılıb


Şəkidə 81 yaşlı kişi ağacdan yıxılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Mərkəzi Rayon Xəstəxanasından (MRX) verilən məlumata görə, bu gün saat 17.00 radələrində Şəki şəhəri Abdulla Şaiq küçəsi ev 11 ünvanında yaşayan Yusif Həzrət oğlu Zakirov ağır qapalı kəllə-beyn travması və travmatik şok vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə daxil olub. Məlum olub ki, Yusif Zakirov yaşadığı ünvanda gilas yığan zaman ağacdan yıxılaraq ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR