30 dəqiqə ərzində... - Pentaqondan Rusiya üçün MƏHVEDİCİ PLAN
Dünya
27 İyun 2017 21:03

30 dəqiqə ərzində... - Pentaqondan Rusiya üçün MƏHVEDİCİ PLAN


ABŞ-ın Hərbi Hava Qüvvələrinin generalları 400 ən yeni qitələrarası ballistik raket yaradılması ideyası ilə çıxış ediblər. Amerika hərbçilərinin fikrincə, nüvə arsenalının müasirləşdirilməsinin hədəfi Çin və Rusiya da daxil olmaqla istənilən potensial rəqibin ABŞ üzərində üstünlüyünə imkan verməməkdir. 48,5 milyard dollarlıq müqavilə üçün “Boeing”, “Lockheed” və “Northrop” kimi nəhənglər rəqabət aparır. Hər raket üçün isə 100 milyondan dollardan çox pul lazım olacaq.

“Warrior” nəşrinin yazdığına görə, ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) bildirirlər ki, ABŞ Hərbi Hava Qüvvələrinə 400 yeni yüksəktexnologiyalı qitələrarası ballistik raket lazımdır. ABŞ Strateji komandanlığının başçısı, Hərbi Hava Qüvvələrinin generalı Con Hayten təsdiq edib ki, Pentaqon nüvə silahı üçün raket-daşıyıcıların tələb edilən miqdarı haqqında elmi cəhətdən əsaslandırılmış təsəvvürə malikdir.

O həmçinin dünyanın Xirosima və Naqasakiyə atom bombalarının atılmasına qədər necə göründüyünü xatırladıb: “İkinci Dünya müharibəsi ilərində 60 milyondan 80 milyona qədər insan öldü. Bu, bir gündə 33 min, ay ərzində bir milyon insan deməkdir”.

Generalın sözlərinə görə, dünya həmin vaxtdan Koreya və Vyetnam müharibələri, “Səhrada Tufan” əməliyyatı, Əfqanıstan və İraq müharibələri olmaqla bir çox qanlı qarşıdurmalar görüb.

“Onlar dəhşətli idi, lakin dünya heç yerdə bunun (İkinci Dünya müharibəsi –red.) səviyyəsinə qırğın görməyib”, - Hаyten iddia edir.

Hərbi Hava Qüvvələri qərargahının nüvə inteqrasiyası üzrə rəis müavini Cek Vaynşteyn nüvə paritetitinin saxlanılmasının tərəfdarıdır. “İndiki vaxtda hərbi müəssisəmizin əsas məqsədi istənilən müharibəni udmaqdır. Bundan sonra əsas məqsəd istənilən silahlı konfliktin qarşısını almaqdır”, - general bildirib.

Bu strategiyanın müvəffəqiyyəti nüvə silahı tətbiq ediləcəyi halda hipotetik rəqibin tam məhv edilməsinə olan əminlikdən asılıdır. Amerika generalı xatırladıb ki, qitələrarası ballistik raketlər kosmik sahə ilə təxminən 30 dəqiqə ərzində uçmaq üçün və rəqibin obyektlərinə böyük dağıdıcı zərbə vurmaq üçün layihələşdirilib.

“Əgər hər hansı ölkə güman edirsə ki, nüvə silahının köməyi ilə üstünlüyə malik ola bilər, bu, həqiqətən təhlükəlidir.

General nüvə dövründən əvvəl və sonra müharibələrdə həlak olanların sayına da xatırladıb: “Birinci Dünya müharibəsinin gedişatında dünya əhalisinin təxminən 1,8 faizi, ikinci dünya müharibəsində isə 2,8 faizi həlak oldu. Siz münaqişələrin qarşısını almaq üçün bundan (nüvə silahı –red.) hər gün istifadə etməlisiniz”.

Onun sözlərinə görə, məhz qlobal müharibənin qarşısını almaq və Amerika əhalisinin təhlükəsizliyinin təmin edilməsi üçün ABŞ Hərbi Hava Qüvvələri yerüstü strateji nüvə güclərini yenidən təchiz etmək niyyətindədir.

Vaynşteyn hesab edir ki, Rusiya və Çinin nüvə arsenalının hələ 1970-cı illərdə ABŞ-ın “Boeing” şirkəti yaradılmış “Minuteman III” qitələrarası ballistik raketdən daha müasir və mükəmməl olması ilə bağlı narahatlıq var. Generalın sözlərinə görə, bu, ABŞ-ın potensial rəqiblərini birinci nüvə zərbəsi zamanı müvəffəqiyyət qazana biləcəyi barədə düşünməsinə səbəb ola bilər.

Son bir neçə onillik ərzində ABŞ-ın nüvə arsenalı yerüstü, sualtı gəmilər və strateji bombardmançılarda yerləşdirilən qitələrarası ballistik raketlərindən ibarətdir. ABŞ 1960-cı illərin əvvəlindən məhz “nüvə triadası” adlandırılmış strateji nüvə gücləri prinsipini dəstəkləyir.

General Haytenin fikrincə, ballistik raketlərlə təchiz edilən atom sualtı qayıqları raket-nüvə müharibəsində sağ qalmaq üçün üçün ən çox uyğunlaşdırılan hissədir. Strateji aviasiya “triada”nın ən elastik və döyüşə ən hazır elementidir. Strateji nüvə güclərinin üç tərkib hissəsi ABŞ-a istənilən raket-nüvə hücumuna qarşı durmağa, cavab zərbələri endirməyə və Amerikanın heç vaxt hücuma məruz qalmayacağına zəmanət verir.

Hələ ötən il məlum olub ki, ABŞ Hərbi Hava Qüvvələri raket-nüvə müharibəsində istənilən hipotetik rəqibin tam məhv edilməsinə zəmanət verən 400 yeni qitələrarası ballistik raketi nüvə arsenalına qəbul etməyi planlaşdırır. 2030-cu illərdən döyüş növbəsinə veriləcək raketlər 2075-ci ilə qədər döyüş növbəsində olacaq.

Hazırda “Minuteman III” qitələrarası ballistik raketlər ABŞ Hərbi Hava Qüvvələrinin üç - Uorren (Vayominq ştatı), Malmstrem (Montana ştatı) və Maynot (Şimal Dakota ştatı) bazalarında yerləşir. Hər bazada 150 raket var. Rusiya və ABŞ arasında imzalanan Praqa müqaviləsinin (2010-cu il aprelin 8-i red.) icrası çərçivəsində 50 raket ixtisar edilməli və “Minuteman III”lərin sayı 400-dən çox olmamalıdır.

Yuxarıda göstərilən üç bazanın ümumi ərazisi təxminən 33 min kvadrat kilometr təşkil edir. Bu isə Corciya ştatının ərazisinə bərabərdir.

Ömər Dağlı

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Bürclər – 27 İYUL

Bürclər – 27 İYUL

27 İyul 2017 00:12
Dieqo Koşta "Milan"a doğru

Dieqo Koşta "Milan"a doğru

27 İyul 2017 11:24