Tacikistan Prezidenti bir gündə 50 mərasimdə iştirak edib
Maraqlı
27 İyun 2017 21:04

Tacikistan Prezidenti bir gündə 50 mərasimdə iştirak edib


Tacikistanın Milli Birlik Günü münasibətilə Prezident Emoməli Rəhmon Vaxdat şəhərində bir gündə 30 toy və 20 sünnət mərasimində iştirak edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Tacikistan Prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, dövlət başçısı Emoməli Rəhmon bəy və gəlinlərə, həmçinin sünnət olunan uşaqlara hədiyyələr bağışlayıb.

Milli Birlik Günü hər il respublikanın bir şəhərində qeyd olunur. Həmin şəhərdə yeni obyektlər istifadəyə verilir, şənliklər keçirilir.

Qeyd edək ki, ölkədə vətəndaş müharibəsinin başa çatması münasibətilə təsis olunan Milli Birlik Günü bu il 20-ci dəfə qeyd edilir.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Bürclər – 27 İYUL

Bürclər – 27 İYUL

27 İyul 2017 00:12
Dieqo Koşta "Milan"a doğru

Dieqo Koşta "Milan"a doğru

27 İyul 2017 11:24