Arıqlamağın 10 sirri
Ölkə
27 İyun 2017 21:24

Arıqlamağın 10 sirri


Karbohidratlardan çox yağ yemək insanı arıqladır. Bu barədə Dünya Dietoloqlar mərkəzinin yeni ulduzu Qrant Peterson öz məqalələriondə yazır. Peterson uzun illər əvvəl qidadan yağı çıxaran və idman eləməklə arıqlamaq üsullarına əl atdısa da istədiyinə nail ola bilmədi. Sonra o yeni dieta üsullarına can atmağa başladı. Uzun illər qəbul edilə qidaları balanslaşdırmaq sahəsində araşdırmalar aparan Peterson kökəlmənin və ya arıqlamanın səbəbini araşdırmışdır.
Hər şeyin səbəbkarı insulin hormonudur.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, karbohidrat qəbul edən zaman insulin qidanı qlükozaya çevirməlidir. İnsulin hormonunu mədəaltı vəz ifraz edir. İnsulinin digər funksiyası isə artıq kalorinin yağa çevrirməkdən ibarətdir. Əgər qəbul etdiyiniz dietanı dəyişsəniz və insulinin fəaliyyəti normal olmasa o zaman orqanizmdə yağın miqdarı artacaq və orqanizmdə toplanacaq.
Əgər siz gün ərzində 50 qramdan çox karbohidrat qəbul etməsəniz (bir dilim çörək və ya bir banan)o orqanizmə "ketoz"halında daxil olacaq və enerji əmələ gətirmək üçün yağ yandıracaq. Petersonun arıqlana sistemi bu qaydaya əsaslanaraq işləyir. Peterson qadın və kişilərin arıqlaması üçün 10 əsas qaydadan itifadə edir.
1. Balıq, ət və avokado yeyin
Metobolizmi sürətləndirmək üçün tərkibində omeqa 3 və omeqa 6 yağı olan qidalar qəbul etmək lazımdır. Qida rasionunuza bütün növ balıqlardan əlavə etməniz sizing omeqa yağlarına olan ehtiyacınızı ödəyər. Ən yaxşı isə tuna və qılınc balığı daha faydalıdır.
Tərkibində yağ turşuları olan qidalarla qidalanmaq arıqlamağa yardım edir. Ən çox zeytun, avokado, qoz və kakos yağının tərlkibi yağ turşuları ilə zəngindir. Bu qidaları qəbul eləmək arıqlamaqla yanaşı, insanın beyni, ürəyi və orqanizmi üçün çox faydalıdır.
2. Yağlı kofe için
Vərdiş etdiyiniz səhər yeməyinin əvəzinə bir fincan kofe və bir miqdar yağ qəbul edin. Bunun üçün kofe fincanına 3-4 qaşıq kərə yağı və ya kakos yağı əlavə edin. Əgər bununla doymasanız 3 suda bişmiş yumurta yeyə bilərsiniz. Səhərlər şirniyyat və şirin şeylər yeməyin. Səhər şirin qida qəbul etmək insanda şirniyyata qarşı asılılıq yaradır.
3. Çox şirin meyvələr yeməyin
Şirin meyvələr, digər şirniyyatlar kimi qlükozaya çevrilir və birbaşa qara ciyərə təsir edir. Bu zaman saxaroza triqliseridə (təhlükəli yağa) çevrilir və qana daxil olur.Bu cür yağlar arteriya damarlarında və bud hissədə toplanır.
4. Yağ və ət yeyin
Məntiqə görə insan aclıq hiss elədiyi zaman arıqlayır. Bu zaman qanda insulinin miqdarı azalır. Bu zaman siz aclığınız karbohidratla yox yağla və ya ətlə aradan qaldırmağa çalışın.
5. Tünd, sərt tərəvəzlər yeyin
Tünd rəngli kələm, ispanaq, xiyar, acı bibər arıqlamaq üçün ən yaxşı vasitələrdir. Onların tərkibində fitonutrientlər və antioksidantlar var.
6. Heç vaxt yumurta ağı, kartof və qayğanaq yeməyin.
Yumurta sarısı orqanizm üçün çox faydalıdır. Yumurtanın ağında 50% zülal, 50% yağ var. Yumurtanın ağı orqanizm üçün daha zərərlidir. Kartofun tərkibində olan nişasta isə orqanizmdə asanlıqla piylərin toplanmasına səbəb olur.
7. Kakos arıqlamaq üçün ən ideal vasitədir
Dietoloq Peterson kakosu əna yaxşı arıqlama vasitəsi hesab edir. Bu meyvədə karbohidrat yoxdur. Kakos orqanizmin enerjiyə olan ehtiyacını ödəyir, amma zərərli yağa çevrilmir.
8. Çoxlu qoz yeyin
Qoz ləpəsinin tərkibində şəkər azdır, yağ turşuları isə çox. Onun tərkibində zülal və orqanizm üçün faydalı sayılan karbohidrat var. Onu tək və ya giləmeyvələrlə qarışdırb yemək orqanizmin arıqlamasına yardım edir.
9. Spirtli içki qəbul edin
Az kalorili qida qəbul eləmək kalorini azaltmaq demək deyil. Əsas məqsəd karbohidratlardan ümumiyyətlə istifadə etməməkdir. Yanlız pivənin tərkibində çoxlu karbohidratlar vardır. Viski, araq, rom, tekilanın tərkibində isə karbohidratların miqdarı sıfıra bərabərdir.
10. Qaçmayın
Qaçmaq, arıqlamaq üçün ən yaxı vasitə hesab edilmir. Arıqlamaq üçün ən yaxşı vasitə intensiv məşqlər etməkdir. Məşqlər əzələlərin oksigenlə qidalanmasını sürətləndirir və yağları əridir. Bu zaman məşqlər piy toxumsının yerləşdiyi yerlərə uyğun olaraq tətbiq edilir.
Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR