Prezident bir gündə 30 toy və 20 sünnət mərasiminə qatıldı
Digər
27 İyun 2017 21:57

Prezident bir gündə 30 toy və 20 sünnət mərasiminə qatıldı


Tacikistanın Milli Birlik Günü münasibətilə prezident Emoməli Rəhmon Vaxdat şəhərində bir gündə 30 toy və 20 sünnət mərasimində iştirak edib.

 

Lent.az-ın AZƏRAC-a istinadən verdiyi xəbərə görə, Tacikistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, dövlət başçısı Emoməli Rəhmon bəy və gəlinlərə, həmçinin sünnət olunan uşaqlara hədiyyələr bağışlayıb.

 

Milli Birlik Günü hər il respublikanın bir şəhərində qeyd olunur. Həmin şəhərdə yeni obyektlər istifadəyə verilir, şənliklər keçirilir.

 

Qeyd edək ki, ölkədə vətəndaş müharibəsinin başa çatması münasibətilə təsis olunan Milli Birlik Günü bu il 20-ci dəfə qeyd edilir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 iyul

Astroloji proqnoz - 23 iyul

23 İyul 2017 00:08
Yetim Eyvaz vəfat edib

Yetim Eyvaz vəfat edib

23 İyul 2017 16:12