ABŞ-dan İrana gözlənilməz jest
Ölkə
27 İyun 2017 22:04

ABŞ-dan İrana gözlənilməz jest


ABŞ İran tərəfindən nüvə razılaşması planının pozulması hallarını müşahidə etmir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu bu gün ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib: "Birgə nizamlama planı ilə bağlı hər hansı pozuntu görmürük".

Bununla belə, Heyli deyib ki, bu razılaşma yalnız Tehranın nüvə silahı əldə etmək səylərini ləngidir: "Onlar öz nüvə imkanlarını genişləndirməyə davam edirlər".

Qeyd edək ki, İran və "Altılar" arasında tarixi nüvə razılaşması 14 iyul 2015-cü ildə əldə olunub.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR