AŞPA korrupsiya hallarını araşdıracaq
Ölkə
27 İyun 2017 22:04

AŞPA korrupsiya hallarını araşdıracaq


Avropa Şurası Parlament Assambleyasında (AŞPA) korrupsiya hallarını araşdırmaq məqsədilə müstəqil araşdırma qrupunun yaradılması haqqında AŞPA bürosunun qərarı parlamentarilər tərəfindən ratifikasiya edilib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu qərar Niderland nümayəndə heyətinin üzvü Tini Koksun "AŞPA bürosu və daimi Kommissiyaların fəaliyyəti" üzrə hesabatını müşayiət edən müzakirələrin gedişi zamanı qəbul edilib.

Assableyada korrupsiya hallarını araşdıracaq qrupun tərkibinə Böyük Britaniyadan Nikola Bratza, Fransadan Jan Lui Brugyer və İsveçdən Elizabet Fura daxildir. Qrupun bu gündən etibarən fəaliyyətə başlaması nəzərdə tutulur.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 dekabr

Astroloji proqnoz - 17 dekabr

17 Dekabr 2017 00:09