50 miqrant səhrada öldü
Dünya
27 İyun 2017 22:14

50 miqrant səhrada öldü


Afrikanın müxtəlif ölkələrinin vətəndaşı olan 50-yə qədər miqrantın Böyük Səhrada həlak olduğu təxmin edilir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu haqda Beynəlxalq Miqrasiya Təşkilatı bildirib.

Təşkilatın məlumatına görə, 70-dən çox miqrant üç yük avtomobilində Böyük Səhranı keçərək Liviyaya çatmaq istəyiblər. Onlardan yalnız 23-ü Liviyaya çatmağı bacarıb. Sürücülər naməlum səbəblərdən digərlərini səhrada buraxıblar.

Agentliyinin məlumatına görə, səhrada qalan 15 miqrant susuzluqdan həlak olublar. Digərlərinin axtarışları davam edir.

Qeyd edək ki, Böyük Səhradan Liviyaya uzanan yol bir sıra Afrika ölkələrinin qaçqınları üçün adi marşrutdur. Onlar Liviyadan Avropaya getməyə çalışırlar.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 dekabr

Astroloji proqnoz - 17 dekabr

17 Dekabr 2017 00:09
Astroloji proqnoz - 18 dekabr

Astroloji proqnoz - 18 dekabr

18 Dekabr 2017 00:08