İri şirkətlər güclü haker hücumuna məruz qalıb
Maraqlı
27 İyun 2017 22:14

İri şirkətlər güclü haker hücumuna məruz qalıb


Dünya üzrə bir çox iri şirkətlər güclü haker hücumuna məruz qaldıqlarını bəyan ediblər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Rusiya, Ukrayna, İspaniya, Fransa, Danimarka, Böyük Britaniya və Hindistan və bir çox başqa ölkələrdəki kompüter şəbəkələri güclü kiber hücuma məruz qalıblar.  
 
Virus həmçinin iri infrastruktur obyektləri də sıradan çıxarır.  
 
Bəzi ekspertlər hazırkı hücumda istifadə edilən "Petya" adlı virusun may ayında kompüter şəbəkələrini sıradan çıxarmış "WannaCry" virusundan daha zərərli olduğunu iddia edirlər.
 
Qeyd edək ki, bu gün Ukrayna və Rusiyanın bir çox iri şirkətlərinin kompüter şəbəkələrinə buraxılan bu virus daha sonra digər ölkələrə yayılıb.
 
Kompüterin blokdan çıxarılması üçün virus proqramı istifadəçidən 300 dolların ödənilməsini tələb edir.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 16 dekabr

Astroloji proqnoz - 16 dekabr

16 Dekabr 2017 00:05