Neftçalada ağır qəza: 4 yaralı
Ölkə
27 İyun 2017 22:24

Neftçalada ağır qəza: 4 yaralı


Neftçalada 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası qeydə alınıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında rayonun Oryad qəsəbəsi ərazisində baş verib.
Qarabağ əlili olan 47 yaşlı Neftçala sakini Elşən Ağəli oğlu İsmayılov idarə etdiyi "Oka" markalı avtomobil ilə hərəkətdə olarkən həmyerlisi, 25 yaşlı Vüsal Məhəmməd oğlu Fərzəliyevin idarə etdiyi "Niva" ilə toqquşub. Nəticədə hər iki sürücü, "Oka"da olan rayon sakinləri, 56 yaşlı Rəna Hümmət qızı Nadirova, 56 yaşlı Solmaz Aydın qızı Heybətova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib. "Oka"nın sürücüsü Elşən İsmayılovun vəziyyəti ağır olduğundan o, Bakıya göndərilib.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 dekabr

Astroloji proqnoz - 17 dekabr

17 Dekabr 2017 00:09
Astroloji proqnoz - 18 dekabr

Astroloji proqnoz - 18 dekabr

18 Dekabr 2017 00:08