Rəqibdən xəbər yoxdu, “Zirə” vaxtı açıqladı
İdman
27 İyun 2017 22:44

Rəqibdən xəbər yoxdu, “Zirə” vaxtı açıqladı


Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Zirə" - "Differdanj" oyununun mətbuat konfransı və açıq məşqlərinin tarixi dəqiqləşib. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, oyunöncəsi mətbuat konfransı yalnız "Zirə" tərəfindən təşkil olunacaq.
 
Bu barədə Bakı təmsilçisinin rəsmi saytı xəbər yayıb.
 
Bildirilib ki, qonaqlar məşq və mətbuat konfransı haqqında UEFA-ya və meydan sahiblərinə heç bir məlumat vermədiyi üçün yalnız təmsilçimizin mətbuat konfransı nəzərdə tutulub.
 
İyunun 28-də saat 20:30-da "Dalğa Arena"nın konfrans zalında "Zirə"nin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçiriləcək.
 
Saat 21:00-da isə komandanın oyunöncəsi son məşqi başlayacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 dekabr

Astroloji proqnoz - 17 dekabr

17 Dekabr 2017 00:09
Astroloji proqnoz - 18 dekabr

Astroloji proqnoz - 18 dekabr

18 Dekabr 2017 00:08