"Formula-1" üzrə Azərbaycan Qran-prisini 70 minədək tamaşaçı izləyib
İdman
27 İyun 2017 22:46

"Formula-1" üzrə Azərbaycan Qran-prisini 70 minədək tamaşaçı izləyib


Bakı. 27 iyun. REPORT.AZ/ "Formula 1 üzrə Azərbaycan Qran-prisində bu il tamaşaçıların sayı ötənilki ilə müqayisədə 100 faiz artıq olub.
"Report"un məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov AzTV-də yayımlanan "Günün nəbzi" verilişinə müsahibəsində bildirib. O deyib ki, təxmini hesablamalara əsasən, Qran Prini 70 minədək tamaşaçı tribunalarda və ayaq üstə seyr edib. Nazirin fikrincə, bu, çox yüksək rəqəmdir: "Biz buna çox sevinirik. Faiz nisbətinə baxanda, tamaşaçıların 33 faizi xarici qonaqlar, 67 faizi isə yerli tamaşaçılar olub. 33 faiz böyük rəqəmdir. Onlar 65 ölkənin turist və tamaşaçı qismində iştirak edən nümayəndələri olublar. Bütün şəhər yeni simalarla, qonaqlarla dolu idi. Biz onları hər yerdə - çox maraqlı və çox gözəl məkanlarımızda, Heydər Əliyev Mərkəzində görürdük. Əsas məqsədimiz Azərbaycanı dünyaya tanıtdırmaq və ölkəyə turistləri dəvət etməkdən ibarət idi. Demək olar ki, əsas məqsədə çatırıq".
Nazir Azərbaycan Qran Prisinin əhəmiyyətindən də danışıb: "Məndə olan məlumata görə, otellərdə bir dənə də boş yer yox idi. Tam dolmuşdular. Turistlərdən savayı, bütün əməliyyat işlərində 15 minədək mütəxəssis iştirak edib. Onlardan 1000 nəfərədək yerli ofisin işçiləri, 4000-ə qədəri könüllülərimiz, qalanları marşallar, tikinti işlərini aparanlar və digər şəxslər olub. Onların böyük qismi xaricilər olublar. Gəliblər, Bakıda işləyiblər, maaş alıblar və onun vergisini ödəyiblər. Turistlərin kütləvi axını isə iqtisadiyyatımız üçün böyük uğurdur. AZAL şirkəti vasitəsilə biletlərin alınması, Bakıya gəlmələri, təyyarələrin dolu olması, bütün nəqliyyat sistemimizin çalışması, xidmətlərin göstərilməsi, otellər... Bunlar vergi ödəyiblər, işsizliyi aradan qaldırmaqda kömək ediblər. Yəni, Azərbaycan Qran Prisi bizim üçün çox əhəmiyyətli tədbirdir".
A.Rəhimov, həmçinin, Azərbaycan Qran Prisini işıqlandırmaq üçün Bakıya 400-dən artıq jurnalist gəldiyini bildirib.
Qeyd edək ki, Azərbaycan Qran Prisi 23 - 25 iyunda keçirilib. Yarışın qalibi adını "Red Bull"un avstraliyalı pilotu Daniel Rikkardo olub. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 dekabr

Astroloji proqnoz - 17 dekabr

17 Dekabr 2017 00:09
Astroloji proqnoz - 18 dekabr

Astroloji proqnoz - 18 dekabr

18 Dekabr 2017 00:08