Sui-qəsdi Rusiya kəşfiyyatçıları törədib? – Moskvadan CAVAB
Dünya
27 İyun 2017 22:58

Sui-qəsdi Rusiya kəşfiyyatçıları törədib? – Moskvadan CAVAB


Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlılarının komandiri Maksim Şapovalun qətlində Rusiya xüsusi xidmət orqanlarının iştirakı barədə səsləndirilən ittihamlar xəstə təxəyyülün meyvəsidir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Federal Təhlükəsizlik Xidmətinin istefada olan generalı, Federasiya Şurasının üzvü Vladimir Cabarov deyib.

Xatırladaq ki, bu gün Kiyevdə Maksim Şapovalın avtomobili partladılıb. Hadisə nəticəsində o həlak olub. Ukrayna Ali Radanın deputatı, Ukrayna Daxili İşlər Nazirliyinin başçısının məsləhətçisi Anton Geraşenko sui-qəsddə Rusiya xüsusi xidmət orqanlarını ittiham edib.

Ukrayna KİV-inin yazdığına görə, Maksim Şapoval Rusiyanın Ukraynadakı fəaliyyətinə qarşı aktiv mübarizə aparıb. Bu səbədən ona sui-qəsd edildiyi bildirilir.

Ömər

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 dekabr

Astroloji proqnoz - 18 dekabr

18 Dekabr 2017 00:08