Facebook istifadəçilərinin sayı 2 milyardı ötüb
Maraqlı
27 İyun 2017 23:04

Facebook istifadəçilərinin sayı 2 milyardı ötüb


"Facebook" sosial şəbəkəsinin istifadəçilərinin sayı 2 milyard nəfəri ötüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla da "Facebook" ən çox istifadəçisi olan sosial şəbəkəyə çevrilib. Dünya əhalisinin sayı ilə müqayisəli şəkildə götürsək, rəqəmin astronomik olduğunu görərik. Dünya əhalisinin (təxminən 7,4 milyard) demək olar ki, hər dörd nəfərindən biri Harvard Universitetinin tələbəsi Mark Zükerberq tərəfindən 2004-cü ildə yaradılan bu sosial şəbəkənin üzvüdür.

Hazırda "Facebook"un dünyanın 50-yə yaxın şəhərində 18 min nəfərdən çox işçisi var. "Forbes" nəşrinin son hesabatına görə, "Facebook"un 33 yaşlı rəhbəri Mark Zükerberq cəmi 13 il ərzində dünyanın ən varlı 5 insanından birinə çevrilib.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 iyul

Astroloji proqnoz - 23 iyul

23 İyul 2017 00:08
Yetim Eyvaz vəfat edib

Yetim Eyvaz vəfat edib

23 İyul 2017 16:12