Şəmkirdə ev kül oldu
Digər
27 İyun 2017 23:17

Şəmkirdə ev kül oldu


Şəmkirdə yaşayış evi yanıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, yanğın hadisəsi rayonun Dəllər Daşbulaq kəndində Müsaməddin Cəfərova məxsus 3 otaqlı evdə qeydə alınıb. Saat 16 radələrində başlayan yanğın evin bir otağını əşyalarla birgə külə döndərib, digər otaqlar isə alovdan mühafizə olunub. Əraziyə Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

 

Yanğının elektrik naqillərində olan qısaqapanma nəticəsində yarandığı bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.




loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Bürclər – 27 İYUL

Bürclər – 27 İYUL

27 İyul 2017 00:12
Dieqo Koşta "Milan"a doğru

Dieqo Koşta "Milan"a doğru

27 İyul 2017 11:24