Oynaqlarında xırçıltılar və bel ağrıları varsa...
Ölkə
27 İyun 2017 23:24

Oynaqlarında xırçıltılar və bel ağrıları varsa...


Düyü oprqanizmdən bütün zərərli maddələri xaric edir və oynaqlardakı ağrıları aradan qaldırır.
Bu qədim Tibet reseptlərindən biridir. Reseptdən orqanizmi illərlə yığılıb qalmış şlaklardan və toksinlərdən təmizləmək üçün istifadə edilib. Resept aşağıdakı qaydada hazırlanır və qəbul edilir:
Milli.Az immunitet.az-a istinadən bildirir ki, istifadəyə lazım olan qədər düyü götürülür, təmizlənir, yuyulur, şüşə bankaya tökülür. Bankaya qaynar su tökülür. Suyun miqdarı düyüdən 3-5 santimetr hündür olmalıdır. Bankanın ağzı bağlanır və soyuducuda saxlanılır. Düyünün üzərinə duz və s. əlavə etmək olmaz. Səhər düyünün üstündəki su süzülür, bankadakı düyüdən 1 xörək qaşığı götürülür, suya əlavə edilir və 3-4 dəqiqə bişirilir. Bişirilən zamanda da düyüyə duz əlavə edilmir. Bu zaman bankadakı düyünün üzərinə yenidən qaynar su əlavə edilib soyuducuya qoyulur. Bişirilən düyü hər səhər səkkizin yarısında acqarına yeyilir. Bu prosedur düyü qurtarana qədər davam etdirilir.
Bu prosedurun sirri düyünün kristal struktura malik olmasındadır. Biz düyünü islatdıqda onun tərkibindəki nişasta xaric olur və düyü dənələrində yeni hüceyrələr formalaşır. Bu qayda ilə bişirilən düyü isə mədədə yox bağırsaqlarda həll olur. Düyü, adsorbent kimi təsir göstərir.
Müalicədən sonra insan özünü sağlam və gümrah hiss edir. Müalicənin effektli olması üçün səhərlər düyüdən əvvəl və sonra 3 saat ərzində heç nə yemək lazım deyil.
Müalicə onurğa boyu, əsasən də bel hissədə olan ağrıların aradan qalxmasına səbəb olur. Müalicə qurtardıqdan sonra isə oynaqların qığırdaq toxumasında olan xırçıltılar aradan qalxır.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR