“Stress çarxları” həqiqətənmi, müalicəvidir?  - Marketinqin yeni hiyləsi
Maraqlı
27 İyun 2017 23:44

“Stress çarxları” həqiqətənmi, müalicəvidir? - Marketinqin yeni hiyləsi


İndi bu oyuncağı yeddidən yetmiş yeddiyə, az qala, hamının əlində görmək olar. Qiyməti bəzi yerlərdə münasib, bəzi yerlərdə isə şişirdilmiş şəkildədir. Dünyanın dörd bir yanında insanlar əllərində oynadır. Artıq Azərbaycana da ayaq açan "Stress çarxı" hələ də müsbət və mənfi tərəfləri ilə tam mənimsənilməyib.

Milli.Az modern.az-a istinadən bildirir ki,"Stress çarxı"nın ilk nümunəsini Katarina Hettinger 1993-də fiziki əngəlli qızı ilə qarşılıqlı ünsiyyət yaratmaq üçün hazırlayıb. Patentini isə 1997-ci ildə alıb. Oyuncaq həmin illərdə demək olar ki, kimsənin diqqətini çəkməyib. Katarinanın qızı diqqət yayınması, unutqanlıq və autizmdən əziyyət çəkirdi. "Stress çarxı" da məhz bu  diaqnoz qoyulan  uşaqların müalicəsi  üçün satışa çıxarıldı. Katarina çarxın patentini almaq və istədiyi nəticəni əldə etmək üçün onun üzərində illərlə davam edən sınaqlar aparmışdı.

Yalnız bir neçə il bundan əvvəl "Stress çarxı" ticarət dünyasının diqqətini özünə cəlb etdi. Marketinq biliciləri cihazın yeni modellərini  bazara çıxardı. Ötən ilin sonlarında, Milad bayramı ərəfəsində bu çarxlar əksər insanları maraqlandırmağa başladı. Əvvəlcə yalnız sinir gərginliyi- stressdən əziyyət çəkənləri maraqlandıran cihaz sonradan gənclərin,  uşaqların sevimlisinə çevrildi.
 
Lakin "Stress çarxları"na münasibət birmənalı  deyil ki, Modern.az yazıda əsasən, bu məqama toxunacaq:
 
Bəzi mütəxəssislər onu istifadəçilər, xüsusən də uşaqlar üçün çox təhlükəli hesab edilər. ABŞ və İngiltərədə bir çox məktəb, universitet və müəssisələr "Stress çarxı"nın istifadəsinə qadağa qoyublar. Şagird və tələbələrin cihazı məktəb-universitetlərə gətirməsi yasaqlanıb.
Əgər həqiqətən, əsəb gərginliyini aradan qaldırırsa, həmçinin, diqqətin mərkəzləşməsinə yardımçı olursa, o zaman niyə "Stress çarxı" bəzi yerlərdə qadağan edilib?
 
Bəziləri cihazın üstünlüklərini yalnız marketoloqların uydurması hesab edir. Yuxarıda verilən sualların cavabları  onların  iddialarını tam olaraq dəstəkləyəcəkdi. Lakin tibb  mütəxəssislərinin fikrincə, bu suallar, yəni, "Stress çarxı"nın həqiqətən də faydalı olduğunu göstərəcək dəlillər hələ də öz elmi təsdiqini tapmayıb.  
Tibbi deyil, sosial müstəvidə aparılan həvəskar araşdırmaların nəticələrinə əsasən, cihazın əsas üstünlüyü kimi  diqqətin yayınmasının, tez zamanda bir neçə yerə paylanmasının qarşısını alması göstərilib.

İstər Avropa, istərsə də ABŞ-da "stress çarx"larından ən çox şikayət edən zümrə kimi müəllimlər göstərilib. Onlar bu cihazın şagirdlərin dərsə, mövzuya adaptasiya olunması, diqqətin bir obyekt ətrafında cəmlənməsi prosesinə heç bir fayda vermədiyini düşünürlər. Bəziləri bunun tam əksinin baş verdiyini deyir.  Müəllimlərin fikrincə "Stress çarxı" istifadəçi ilə yanaşı, ətrafdakıların da diqqətini yayındıran əsas səbəblərdən biridir. Mütəxəssislər məcburiyyət qarşısında qalaraq "stress çarxı"na alternativ variant da tapıblar. Onlar şagirdlərə dərs zamanı saqqız çeynədərək, mövzuya tam adaptasiya olunmalarını təmin etmək istəyirlər. Psixoloqların fikrincə, saqqız çeynəmək diqqətin mərkəzləşməsi üçün unikal variantdır.

Nyu-Yorkda yerləşən Uşaq İnstitutunda psixoloq kimi çalışan David Anderson zehni proses və problemlərin ən çətin tibbi-psixoloji məsələ olduğunu və onun "Stress çarxı" kimi cihazla müalicəsinin mümkünsüzlüyünü bildirib. Onun sözlərinə görə, hər insanın zehni və psioloji problemləri fərdidir və yalnız onun özünə aiddir. Diqqətin yayınması da bu halda baş verir. Hər bir fərdin şəxsi psixoloji çatışmazlığını öyrənməmiş onun haqqında müsbət qərar vermək olmaz. Odur ki, kiçik bir cihaz milyonlarla insana heç cür faydalı ola bilməz.
 
Son zamanlar nəzərə çarpan başqa bir məsələ də "Stress  çarxı"nın zədələyici "effekt"idir. Belə ki, xüsusən, uşaqlarda oyuncaqdan istifadə zamanı ona aludəçilik meyilləri artır. Azyaşlı şəxs fərqinə varmadan onu özünə yaxınlaşdırır və gözlərini müəyyən nöqtədən ayıra bilmir. Belə hallarda qəflətən əldən çıxan oyuncaq gözü çox ağır yaralaya bilər. Belə hallar, həm Azərbaycan, həm də dünyada çox yaşanıb.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 iyul

Astroloji proqnoz - 23 iyul

23 İyul 2017 00:08
Yetim Eyvaz vəfat edib

Yetim Eyvaz vəfat edib

23 İyul 2017 16:12