"Toyota" piyadanı vurub öldürdü
Digər
28 İyun 2017 0:12

"Toyota" piyadanı vurub öldürdü


Kürdəmirdə  piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə iyunun 27-də axşam saatlarında Bakı-Qazax əsas  magistral yolunun 187-ci kilometrliyində, Kürdəmir rayonun Ərşəli  kəndindən keçən hissəsində qeydə alınıb. Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü  Kamran Vaqif oğlu Məmmədov idarə etdiyi "Toyota" markalı minik maşını ilə Bakı istiqamətində hərəkətdə olarkən yolu keçən piyada Mingəçevir şəhər  sakini Natiq Həmid oğlu Əhmədovu vurub. Ağır xəsarət alan N. Əhmədov hadisə yerində ölüb.

 

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.   

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 dekabr

Astroloji proqnoz - 18 dekabr

18 Dekabr 2017 00:08