Xəzərdə batan şəxs xilas edilib
Ölkə
28 İyun 2017 0:32

Xəzərdə batan şəxs xilas edilib


Bakı. Trend:

Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.

Əməliyyat saat 19:05-də başa çatıb.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR